Türkiyədə polis əməliyyatında - 251 nəfər tutuldu - VİDEO
24.07.2015 13:21 Sosreaksiya 1347

Türkiydə İŞİD, PKK və gənclərin yaratdığı solçu təşkilatlarına (YDG-H və DHKP-C) qarşı 13 bölgədə aparılan əməliyyatda 251 nəfər saxlanılıb.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “haberler” saytı yayıb.
Məlumata görə, İstanbuldakı əməliyyatda qarşıdurma çıxıb, bir “DHKP-C”li ölüb.
İstanbul, İzmir, Ankara və Bursa başda olmaqla Türkiyə daxilində 13 bölgədə həyata keçirilən əməliyyata 20 minə yaxın polis qatılıb.
İstanbulda bəzi terror təşkilatlarına qarşı əməliyyatda bu ana qədər 36-sı əcnəbi olmaqla 98 nəfər saxlanılıb.
Şərhlər