İsrail günəş batareyalı dronu sınaqdan keçirir

12.12.2016 17:28     Sosreaksiya     1301

İsrailin “Advanced Programs Group” (APG) şirkəti özünün ilk “SunSpark” adlanan və tam olaraq günəş batareyası ilə işləyən pilotsuz uçan aparatının sınaqlarına başlayıb. 

İKT.lent.az-ın “svopi.ru” saytına istinadən məlumatına görə, tərtibatçılar bildirib ki, dron tam olaraq günəş enerji ilə fəaliyyət göstərəcək.

Qeyd edilir ki, dronun prototipi əslinin tam həcmli versiyası ilə müqayisədə bir qədər azaldılmış həcmdədir. Belə ki, pilotsuz uçan aparatın qanadının ölçüsü təxminən 6 metrdir. Nəzərdə tutulan istehsal zamanı isə onun qanadının ölçüsü 30 metr olacaq. Dron 14 kiloqram yük qaldırmaq imkanına malikdir və 4 ədəd 0,5 litr/saniyə gücündə elektrik mühərriki ilə çalışır.

Mütəxəssislər hesab edirlər ki, belə bir cihaz əsasən çətin əlçatan məkanlarda rabitənin təminatı zamanı istifadə oluna bilər. Belə layihələr hazırda Rusiyada da reallaşdırılır.

Şərhlər

Çox oxunanlar