11 ildə qadın spikerlərin sayı 33 nəfər artıb

12.12.2016 17:41     Sosreaksiya     1315

2005-ci ildən bəri qadın spikerlərin sayı 19-dan 52-yə çatıb. Novator.az-ın məlumatına görə, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən 11-ci beynəlxalq qadın spikerlər forumunda Parlamentlərarası İttifaqın prezidenti Saber Şudri belə açıqlama verib.

Saber Şudri bildirib ki, 11 il ərzində qadın spikerlər forumu əsl qlobal sammitə çevrilib, forumun yarandığı 2005-ci ildən bəri dünyada qadın spikerlərin sayı 33 nəfər artıb.

Dekabrın 12-dən 13-dək keçiriləcək forumda dünyanın 50 parlamentinin və parlamentlərarası birliyinin rəhbərləri, həmçinin alim, siyasətçi və tədqiqatçı qadınlar iştirak edir.

Azərbaycanın 125 nəfərlik parlamentində 20 qadın deputat var. Onlardan biri – Bahar Muradova Milli Məclis sədrinin müavinidir

 

Şərhlər

Çox oxunanlar