İsrail Azərbaycana raketdən müdafiə sistemi sata bilər

14.12.2016 12:31     Sosreaksiya     1199

Bu məsələ Netanyahunun Azərbaycana səfər zamanı müzakirə olunub

İsrail Azərbaycana raket əleyhinə müdafiə sistemi sata bilər. Sputnik Jerusalim post-a istinadən xəbər verir ki, bu məsələ İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana dünən etdiyi səfər zamanı da müzakirə olunub.

Netanyahunun Bakıya səfərində onu müdafiə və təhlükəsizlik nazirlərinin müşayət etməsi yayılan məlumatın doğru olma ehtimalını gücləndirib. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevlə İsrail Baş nazirinin görüşündən sonra vacib sənədlər imzalanıb.

 

Şərhlər

Çox oxunanlar