İstanbulda terrorçu qadın öldürüldü - VİDEO

24.07.2015 14:04     Sosreaksiya     1583

 

Türkiyədə canlı bomba olaraq axtarılan terrorçu Günay Özarslan öldürülüb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “haberler” saytı yayıb.

Məlumatda deyilir ki, İstanbulda bu gün səhər saatlarında keçirilən “terror” əməliyyatında polislə qarşıdurmaya girən “DHKP-C” solçu təşkilatının üzvü olan bir qadın öldürülüb.

Öldürülən qadının canlı bomba olaraq axtarıldığı bildirilib.

Qeyd edək ki, ölkədə İŞİD, PKK, “DHKP-C” və “YDG-H”-yə qarşı geniş miqyaslı əməliyyat keçirilir.

Təxminən 5 min polisin iştirak etdiyi əməliyyatda bu ana qədər 36-sı əcnəbi olmaqla 98 şübhəli saxlanılıb.

6 silahın və çox saylı sənədlərin də ələ keçirildiyi öyrənilib.

 

Şərhlər