DMX: 1260 əcnəbinin Azərbaycanı tərk etmələrinə qərar verilib

15.12.2016 12:15     Sosreaksiya     1275

Noyabr ayı ərzində 1855 əcnəbi tərəfindən Azərbaycanda olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

 

Dövlət Miqrasiya Xidmətindən (DMX) APA-ya verilən məlumata görə, onlardan 17-nin Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən, yenisi ilə əvəz olunub, 190 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 1260 əcnəbinin Azərbaycan ərazisini 48 saat ərzində tərk etmələri, 388 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
 

Noyabrda DMX-ya əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 9512 müraciət daxil olub: “Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 45709 əcnəbinin müraciəti qeydə alınıb. Dövlət Miqrasiya Xidməti tərəfindən ay ərzində respublikanın ayrı-ayrı bölgələrində 4 maarifləndirmə tədbiri keçirilib, o cümlədən 80 şəxsə səyyar xidmət göstərilib”.

Şərhlər

Çox oxunanlar