38 cinayətkar tutuldu - Dünən
24.07.2015 15:04 Sosreaksiya 795

Dünən 80 cinayət faktı qeydə alınıb.
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 80 cinayət faktı qeydə alınıb, onların da 32-i “isti izlər”lə açılıb.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 38 nəfər tutulub.
Şərhlər