Ukrayna azərbaycanlıları böyük özbaşınalıqla üz-üzə qalıblar
20.12.2016 13:27 Sosreaksiya 1172
Soydaşlarımız "Azov" batalyonunun özbaşınalığına dözmək niyyətində deyillər
Ukrayna Milli Qvardiyasının (UMQ) xüsusi təyinatlı "Azov" hərbi birləşməsinin əlindən cana doymuş azərbaycanlılar, nəinki prokurorluğa, eyni zamanda prezident Pyotr Poroşenkoya müraciət etmək qərarına gəliblər. Xarkov şəhərində azərbaycanlı sahibkarların üzləşdikləri təzyiqlərlə bağlı Sputnik-ə açıqlama verən, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev belə deyib. Konqresimizin Xarkovdakı səbri Qurban Abbasovun verdiyi məlumata görə, xoşagəlməz hadisə dekabrın 15-də baş verib. Hərbçilər azərbaycanlılara məxsus Yeni İl yolkalarının satış mərkəzini dağıdıblar", — Tağıyev bildirib. Onun sözlərinə görə, yolka satmaq üçün sahibkarların lisenziyası ilə yanaşı, bütün sənədləri də qaydasında olub. Buna baxmayaraq, hərbiçilər onları təhqir edib, yolkalarını əllərindən alıb küçədən keçənlərə paylayıblar. Xüsusi təyinatlılar onlara hədə-qorxu gəliblər ki, bir daha Xarkovda sahibkarlıqla məşğul olmasınlar. Bu özbaşınalıqla bağlı azərbaycanlılar hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Şərhlər