“Sənətdə multikulturalizm” mövzusunda hüsn-xətt sərgisi keçirilib. - FOTOLAR
21.12.2016 13:07 Sosreaksiya 1490
Dekabrın 20-də Qafqaz Universitetində “Sənətdə multikulturalizm” mövzusunda hüsn-xətt sərgisi keçirilib. Sərgi universitetin “Azərbaycan multikulturalizmi” elm-tədris mərkəzi ilə Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin əməkdaşlığı çərçivəsində təşkil edilib. Tədbirdə məşhur misirli xəttat Əşrəf Əhməd Übeydin 20 ərəb kalliqrafiyasını əks etdirən sənət əsərləri nümayiş olunub. Həmçinin sərgi çərçivəsində “Multikulturalizmin reallaşdırılmasında dillərin rolu” mövzusunda seminar keçirilib. Seminarda Misirin Qahirə Universitetinin “Darul-ulum” fakültəsinin professoru Əhməd İbrahim Dərviş çıxış edib. Azərbaycanı Qafqazın cənnəti adlandıran misirli qonaq buradakı multikulturalizmin digər ölkələrə nümunə ola biləcəyini vurğulayıb
Şərhlər