“Anonymous” İŞİD-i animasiyalarla məğlub edəcək - FOTOLAR
24.07.2015 17:37 Sosreaksiya 2951

Xacker qrupu “Anonymous” dünyanın ən önəmli sosial şəbəkələrindən olan “Twitter”də İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının təbliğatını apardığı bildirilən bir sıra profilləri animasiya simvolları ilə doldurub.
BBC-nin xəbərinə görə, “Anonymous” İŞİD – in təbliğatını apardığı iddia olunan “Twitter” bir sıra profillərin siyahısını ictimaiyyətə təqdim edib. Bu hesablardan bəziləri da axtarış sistemlərindəki paylaşdıqlarının azaldılması məqsədi ilə yapon animasiya simvolları ilə doldurulub.
“Anonymous” üzvlərinin ələ keçirdiyi bəzi “Twitter” profillərinə isə “İŞİD-ÇAN” adı verilən və cihadçı bir qadına bənzədiyi görülən bir qəhrəmanların şəkilləri yerləşdirilib.
Digər tərəfdən ortaya çıxarılan “Twitter” profillərindən bəzilərinin 10.000 nəfərə kimi təqibçisi olduğu, bu hesablardan bəziləri bağlanılıb ya da dondurulub.
Bununla yanaşı “Anonymous” İŞİD-lə mübarizəsini “Twitter”lə məhdudlaşdırmayacaqlarını bildirib. Xaker qrupu “Facebook”dakı İŞİD tərəfdarı profillrədən başqa təşkilatın təbliğatını aparan bloq və internet saytlarını də hədəfə aldıqlarını bildirib.
Şərhlər