Xəbərdarlıq: 8 dərəcəyədək şaxta olacaq

23.12.2016 13:22     Sosreaksiya     1158

Dekabrın 24-də hava şəraitininəksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Bakıda və Abşeron yarımadasında dekabrın 24-də hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, arabir güclənən cənub-qərb küləyi əsəcək.
 

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında dekabrın 24-də hava şəraitininəksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

 

Şərhlər

Çox oxunanlar