İlham Əliyev Yasamal Yaşayış Kompleksində ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimdə iştirak edib
24.12.2016 12:01 Sosreaksiya 1065
Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi keçirilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev dövlətimizin başçısına yaşayış kompleksində görüləcək işlər barədə məlumat verdi.
Prezident İlham Əliyev Yasamal Yaşayış Kompleksində inşa olunacaq ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlini qoydu.
Sonra dövlətimizin başçısı mərasimdə çıxış etdi.
Şərhlər