2017-ci ildə bürcləri nələr gözləyir?

24.12.2016 14:35     Sosreaksiya     2411

Türkiyəli astroloq Aslı Gücer bürclərə görə Xoruz ilinin proqnozunu hazırlayıb, eyni zamanda məsləhətlər verib.

Qoç

2017 Qoçlar üçün fədakarlıq ilidir. Aprel ayından sonra zəhmətlərinin bəhrəsini artıqlaması ilə görəcək və olduqca məhsuldar dövrə qədəm qoyacaqsan. Sevgini doya-doya yaşayacaqsan.

Təklifim: Özünə tez-tez “Nə üçün?”, “Niyə?”, “Nə qədər?” suallarını verməlidirlər. Dama-dama göl olar.

Buğa

Bu bürcün nümayəndələri gələn il stereotipləri dağıdacaq. Bu vaxta qədər həyata keçirmək istədiyin arzularını reallaşdırmaq baxımdan əlverişli ildir.

Təklifim: Sentyabr ayını gözlə və gör. Haqlı olduğumu təsdiqləyəcəksən.

Əkizlər

Keçmişə qayıtma. Bu il duyğularınla üzləşməyə məcbursan. Sinir sistemi xəstəliklərinə diqqət etməkdə fayda var.

Təklifim: Keçmişlə yaşamağın heç kimə faydası olmayıb.

Xərçəng

Bu il şübhəyə, qısqanclığa yer verməsən və qarşındakı insana inansan, güclü sevgi yaşayacaqsan.

Təklifim: Özünü küləyin istiqamətinə burax.

Şir

Özünün, ruhunun və zəkanın doyacağı bir il səni gözləyir. Bütünləşəcəksən. Yaradıcılığında fasilə vermə.

Təklifim: Susma, danış ki, səni eşitsinlər.

Qız

Bu il pula doyacaqsan və yaxşı istirahət edəcəksən.

Təklifim: Sevgiyə inanmalısan ki, səni tapa bilsin.

Tərəzi

Köhnə dostdan düşmən olmaz. Yeni bir iş və ya yeni bir ev, həyatını dəyişə bilər. Məhəbbətdə dilemmaya düşmə, sonra oradan çıxa bilmərsən.

Təklifim: Riskə hazır ol.

Əqrəb

Napoleonun dediyi kimi; Pul, pul, pul. Sadəcə səbirli olmaq lazımdır. Məhəbbət və pul sarıdan uğurlu il olacaq.

Təklifim: Sadəcə istə ki, gəlsin.

Oxatan

Xarici səfərlər, yeni sosial ətraf mühit və ya media bu il sənə xidmət edəcək. Köhnə münasibətlər gündəmə gələcək.

Təklifim: Ana-ata olmaq istəyən Oxatanlar, 2017 sizin ilinizdir.

Oğlaq

Hər şərdə bir xeyir var. Müqavimət göstərmə, bir az sakit ol. Buna ehtiyacın var.

Təklifim: Əvvəlki sən olmayacaqsan. Yeni halına öyrəşməlisən.

Dolça

Məhəbbət mövzusunda dəyişikliklərə hazır olmalısan. Özünü və özünə yaraşan birini tapacaqsan. Pul məsələsində də sürpriz irəliləyişlər var.

Təklifim: Sürprizlərə hazır ol.

Balıq

İdarə et, qazan, gətir. Bu il yeni tanışlıqlar baxımdan uğurlu olacaq.

Təklifim: Artıq özünü düşün.

Şərhlər

Çox oxunanlar