Azərbaycan Qırğızıstana peyk vasitəsilə internet sata bilər

24.12.2016 14:41     Sosreaksiya     1475

2016-cı ilin yayında Qırğızıstan və Qazaxıstanın internet operatorları arasında ciddi konflikt baş verib.

APA xəbər verir ki, buna səbəb magistral internetin tariflərinin artırılması idi. Nəticədə Qırğızıstan hökuməti alternativ magistralların axtarışındadır.

Yerli operatorlar hesab edir ki, tarif problemini həll etməklə mövcud olan sxemi qüvvədə saxlamaq olar. Bununla yanaşı, "Qırğıztelekom" tranzit operator olmalıdır.

Qırğızıstan hökuməti Rusiya, Qazaxıstan, Çinin internet magistrallarına və Azərbaycan dövlətinə məxsus olan Azərkosmos ASC-nin balansındakı peykə qoşulmağı nəzərdən keçir.

Qırğızıstanın Rabitə və İnformasiya Texnologiyaları üzrə Dövlət Komitəsinin sədri Bakıt Şarşenbiyev bildirib ki, Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərkosmos ASC-nin balansında olan peyk vasitəsilə Qırğızıstanı internetlə təchiz etməyi təklif edib.

B. Şarşenbiyev Qazaxıstanın informasiya və kommunikasiya naziri Dauren Abayevlə də internetlə bağlı məsələləri müzakirə edib. Onun sözlərinə görə, Qazaxıstanda fəaliyyət göstərən operatorlar gələcək əməkdaşlıqda maraqlıdır.

"China Telecom" şirkəti isə görüşdə isə Çindən internetin alışına dair müzakirələr aparılıb. Hətta bəzi test işləri də aparılıb. Cari ilin noyabrın 24-də isə Qırğızıstan, Özbəkistan və Çin arasında əməkdaşlıq memorandumu imzalanıb. Sədrin sözlərinə görə, tarif məsələsi hələ də həllini gözləyir və bununla bağlı müvafiq danışıqlar aparılır. Qeyd edək ki, bu prosesə dövlət qurumları qarışa bilməz.

Rusiyanın rabitə və kommunikasiya naziri Nikolay Nikiforov isə Qırğızıstana "Rostelekom" dövlət şirkətinin imkanlarından istifadə etməyi təklif edib. "Məsələ burasındadır ki, Qırğızıstan coğrafi nöqteyi-nəzərdən birbaşa qaydada Rusiyadan internet ala bilməz. Bunu ya Qazaxıstan, ya da Çin üzərindən etmək mümkündür", - deyə B. Şarşenbiyev qeyd edib.

Komitə sədri qeyd edib ki, Azərbaycandan internetin çatdırılması baha olsa belə, müzakirə predmeti olan əsas variantlardan biridir: "Kabel internetindən fərqli olaraq peyk internetinin imkanları məhduddur. Bundan başqa, peyk interneti bahalı məhsuldur. Lakin bu variant internetlə təchiz olunmayan ərazilərin təchizatı baxımından alternativ ola bilər. Söhbət ucqar ərazilərdən və ya gömrük məntəqələrindən gedir".

Şərhlər

Çox oxunanlar