Tu-154 qəzasının əsas versiyaları açıqlandı
26.12.2016 14:43 Sosreaksiya 889
Qara dəniz üzərində qəzaya uğrayan Tu-154 təyyarəsini fəlakətə gətirən səbəblər ya maşının texniki vəziyyəti, ya da pilot səhvidir.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə qəzanın araşdıran komissiyanın sədri, Rusiyanın nəqliyyat naziri Maksim Sokolov çıxış edib.
Nazirin sözlərinə görə, terror aktı qəzanın əsas versiyası kimi baxılmır. O, deyib ki, bunu istintaq müəyyən edəcək, axtarış-xilasetmə əməliyyatları isə lazım olduğu qədər davam edəcək. Bu işə MN, FTX, Rosaviasiya, mülki donanma kimi orqanlar cəlb edilib.
Şərhlər