MTN generallarının məhkəməsinin başlama vaxtı məlum olub
29.12.2016 14:13 Sosreaksiya 1169
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, qurumun digər vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin başlama vaxtı məlum olub.
APA-nın məlumatına görə, cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 19-na təyin edilib. Məhkəmə prosesi Yasamal rayon Məhkəməsində keçiriləcək. Buna səbəb isə Bakı Hərbi Məhkəməsində şəraitin olmamasıdır.
Şərhlər