Səfir FHN əməkdaşlarının İsraildə meşə yanğınlarının söndürülməsində peşəkarlığını yüksək qiymətləndirib

29.12.2016 17:08     Sosreaksiya     965

Dekabrın 29-da Fövqəladə Hallar Nazirliyində İsrail Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüş keçirilmişdir.

Görüşdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlərdən danışmış, Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə İsrail Dövlətinin uyğun qurumları arasında yüksələn xətlə inkişaf edən əməkdaşlığın, qarşılıqlı səfərlərin əhəmiyyətindən ətraflı bəhs etmişdir

FHN-in əməkdaşlarının İsrail Dövləti Hökumətinin müraciəti əsasında və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq İsrailin Hayfa və Qüds şəhərləri ətrafında meşə yanğınlarının söndürülməsi əməliyyatlarında göstərdiyi peşəkarlığı yüksək qiymətləndirən səfir Dan Stav demişdir ki, İsrail tərəfi Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.

Görüşdən sonra xatirə şəkli çəkilmişdir.

Şərhlər

Çox oxunanlar