İstanbulda İŞİD-ə qarşı əməliyyat – Xeyli insan tutuldu - VİDEO

25.07.2015 11:06     Sosreaksiya     1536

İstanbul Polis İdarəsinin Terrorla Mübarizə İdarəsinin əməkdaşları Beyoğluda İŞİD-ə qarşı əvvəlcədən müəyyən edilmiş ünvanlara təşkil olunan hücumlarda çox sayda insanı saxlayıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “haberler” saytı yayıb.

Məlumata görə, belə əməliyyat İstanbulla yanaşı, Konya, Ankara və Manisada da həyata keçirilib.

Polis vertolyotunun də havadan dəstək verdiyi əməliyyat İstanbulun bir çox küçələrində keçirilir. Nəzarətə alınanlar Vətən küçəsindəki İstanbul Polis İdarəsinin binasına aparılıb.

Hazırda əməliyyat davam edir.

Şərhlər