Hindistan "Agni-4" ballistik raketini uğurla sınaqdan keçirib

02.01.2017 16:12     Sosreaksiya     1031

Hindistan ikipilləli "Agni-4" strateji raketini sınaqdan keçirib.
 
"Report" xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Tədqiqatları və İşləmələri Təşkilatının məlumatında bildirilir.
 
Raket 1 tona qədər nüvə başlığını 4 min km. məsafədə daşımaq iqtidarındadır.
 
"Yer-yer" sinifli orta məsafəli "Agni-4" raketi 20 metr uzunluğundadır. 
 
Onun çəkisi təqribən 17 tondur. Bu, artıq altıncı sınaqdır, onlardan biri uğursuz alınıb.

Şərhlər

Çox oxunanlar