Dünya Sülh Səfiri bəyanat verdi

06.01.2017 21:41     Sosreaksiya     1645

Reaksiya.az xəbər verir ki, bu gün Dünya Sülh Səfiri, BMT-nin üzvü, "Azərbaycan - İraq Mədəni Əlaqələr" İctimai Birliyinin sədri Tahirə Məmmədova son günlər Türkiyədə baş verən terror hadisələrini pisləyən bəyanat yayıb. Bəyanatda qısa məzmununu təqdim edirik:

"Heç bir terrorçu - quldur dəstəsi Türkiyənin suverenliyini poza bilməz. Biz baş verən bu terror hadisələrini pisləyir, terror nəticəsində şəhid olanların ailələrinə dərin hüznlə baş sağlığı veririk. İnanırıq ki, tezliklə, bu qara buludlar Türkiyənin üzərindən çəkiləcək. Bütün beynəlxalq təşkilatları terrora qarşı birləşərək, Türkiyəyəy dəstək olmağa səsləyirik". 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar