Azərbaycan əsgəri şəhid oldu

25.07.2015 11:44     Sosreaksiya     1780

5 erməni hərbçisi məhv edilib

 

Düşmənin qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçusu əsgər Fətəliyev Eldar Səxavət oğlu şəhid olub.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 24-ü gün ərzində və gecə vaxtı cəbhənin Goranboy, Tərtər, Ağdam, Füzuli rayonları istiqamətində, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhəddinin Gədəbəy rayonu sahəsində mövqelərimizi müxtəlif silahlardan intensiv atəşə tutmaqla aktiv təxribat fəaliyyətləri keçirməyə cəhd göstəriblər.

Bütün hallarda düşmən atəşlə susdurulub, hərəkət cəhdlərinin qarşısı qətiyyətlə alınıb və ən azı 5 nəfər itki verməklə geri çəkilməyə məcbur edilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır, hərbi qulluqçuların döyüş ruhu və mənəvi-psixoloji durumu yüksəkdir.

Şərhlər

Çox oxunanlar