PKK Şırnakda 15 nəfəri qaçırdı
25.07.2015 12:35 Sosreaksiya 1557

Şırnakın Silopi rayonunda bir qrup PKK-lı terrorçu kömür çıxaran şirkətin odun anbarına hücum edərək 6 iş maşınını yandırıb və 15 fəhləni qaçırıb.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı DHA agentliyi yayıb.
Qeyd edək ki, bu iş yerində buna oxşar hadisə 4 gün öncə də törədilmişdi. Həmin vaxt PKK-lı terrorçular iş maşınlarını atəşə tutmuş, 2 nəfər işçini isə qaçırtmışdılar.
Dünən polis məmuru Vedat Kaya ailəsi ilə Mardindən Muşa gedərkən Diyarbəkır-Bingöl avtomobil yolunda PKK-lı terrorçular tərəfindən qaçırılıb. Qaçırılan polis məmurunun həyat yoldaşı və uşağı sonradan sərbəst buraxılıb.
Ərzurumda 1 təcili tibbi yardım maşını və 3 səhiyyə işçisi qaçırılıb. Qaçırılan 3 səhiyyə işçisi bu gün səhər azad edilib.
Ötən gecə isə Diyarbəkirin Bismil Rayon Polis İdarəsi binasına bombalı hücum təşkil edilib.
Şərhlər