İsti havalarda bunlara diqqət edin!
25.07.2015 12:44 Sosreaksiya 2303

Mütəxəssislər havanın temperaturunun gündən-günə artmasının mümkün risklərini açıqlayıblar. Mövsüm normalarının üzərində müşahidə edilən hava temperaturunun sağlamlığa mənfi təsir edəcəyini və xüsusilə yaşlılarda ölümcül səbəblər doğura biləcəyini bildirirlər və diqqət edilməsi gərəkən məsələləri açıqlayıblar.
"30 - 35 dərəcəyə yüksələn hava temperaturunun təsirləri ciddi ölçülərə çatan sağlamlıq problemlərinə səbəb ola bilər. İsti havanın üzərinə əlavə olunan nəm nisbəti ilə birlikdə xüsusilə allergik tərkibli xəstə və yaşlılar böyük çətinliklərlə qarşılaşa bilər. Bu mövsümlərdə mənfi hallar ilə qarşılaşmamaq üçün olduqca diqqətli olmalıyıq". "Yay fəsli səsəbiylə artan hava temperaturuna və günəşin mənfi təsirlərindən qorunmaq üçün günorta saatlarında uzun müddət günəş altında qalmamalıyıq. Xüsusilə bu mövsümdə maye istehlakı artırılmalıdır. Yediyimiz qidalar da bu mövsümdə problemlərə yol aça bilər. Bu səbəblə yüngül yeyəcəklərə üstünlük verməliyik. Ürək və təzyiq kimi xəstəlikləri olan insanlar isə isti havalarda daha diqqətli olmalıdırlar. Hədsiz istilərdə diqqətli olunmazsa möhkəm sağlamlıq problemlərinə yol açıla bilər. Xüsusilə günəşdə qalan uşaqlarda baş ağrısı və qusma müşahidə olunduqda ən yaxın tibb məntəqəsinə müraciət edilməlidir".
Şərhlər