QAT-dan ermənilərlə əməkdaşlıq cəhdlərinə sərt reaksiya
14.01.2017 17:14 Sosreaksiya 1393
Reaksizya.a xəbər verir ki, Qarabağ Azadlıq Təşkilatı (QAT) ermənilərlə əməkdaşlıq cəhdlərini bir daha pisləyərək, bəyanat yayıb.
Bu barədə Moderator.az-a QAT-dan məlumat verilib. Bəyənatın mətnini təqdim edirik:
"Azərbaycanlı və erməni vətəndaş cəmiyyəti fəallarının birgə imzası ilə növbəti bəyanat verilib. Sənəddə guya Azərbaycanla əməkdaşlığın tərəfdarı olan, Azərbaycanın ərazi bütövlüyünü tanıyan (guya bunların tanınmasının bir əhəmiyyəti var), Xocalı soyqırımına görə timsahvari göz yaşı tökən erməni fəallarının Ermənistan hakimiyyəti tərəfindən təqib olunması pislənilir. Heç kəsə sirr deyil ki, erməni mərkəzləri üçün sənədin məzmunun heç bir əhəmiyyəti yoxdur, onların istədiyi erməni və azərbaycanlı imzalarının bir yerdə olmasıdır. Bu sənədə Azərbaycan tərəfinfən deputat Rövşən Rzayev, vətəndaş cəmiyyəti fəalları Kamil Səlimov, Şəlalə Həsənova, Pərvanə Məmmədova, Novella Cəfərova, Rasim Ağayev, Umud Mirzəyev imza edib. Bu “marallar” Eynulla Fətullayev kimi satqının rəhbərliyi altında Azərbaycanın maraqlarına necə zərbə vurduqlarını başa düşmür və ya düşmək istəmirlər. Bu günə qədər yüzlərlə hadisə olub, bizimkilər onlardan heç cürə dərs götürmək istəmirlər. Son günlər baş verən hadisə də dərs olmadı. Ukrayna erməniləri konqressinin sədri Aşot Avanesyan əvvəlcə dedi ki, Azərbaycanı sevirəm, Azərbaycanın Oğuz rayonundanam, işğal olunmuş rayonlar Azərbaycana qaytarılmalıdır, “sülh platforması”nı dəstəkləyirəm və sair. İki gün sonra isə dediklərini təkzib etdi ki, ermənilərin Vartaşen rayonundanam, Azərbaycan yox, “Dağlıq Qarabağ Respublikası”nı sevirəm, Dağlıq Qarabağ üçün ölümə gedərəm.
Bütün bunlar bir daha göstərir ki, ermənilərin heç bir nümayəndəsinə inanmaq olmaz. Üzdəniraq “sülh platforması”na qoşulan istənilən erməni oxşar təkziblərlə çıxış edə bilər. O halda Azərbaycan çox pis vəziyyətdə qala bilər. Bu prosesdə iştirak edən hər kəs bu məsuliyyəti dərk etməlidir. Ermənilərlə hər hansı sənədi imzalamaq onlarla iş birliyinə getməkdir. Ermənilərlə iş birliyinə, əməkdaşlığa gedənləri isə xalq heç vaxt bağışlamayacaq, lənətləyəcəkdir. Bu adamcıqlar Çingiz İldırımın, Əliheydər Qarayevin, Həmid Sultanovun getdikləri milli xəyanət yolu ilə gedirlər. Biz onları bir daha bu yoldan çəkinməyə çağırırıq. Ermənilərlə istənilən təmas yalnız müharibədən, torpaqlarımızın azad olunmasından sonra qurula bilər. O vaxta qədər sülh, dialoq təşəbbüsü edən hər kəs milli maraqlara xəyanət edir, erməni siyasətinə xidmət göstərir. Hər kəs əmin ola bilər ki, bu xəyanətkar siyasət baş tutmayacaq, düşmən məkrli niyyətlərinə nail ola bilməyəcək!"
Şərhlər