Astanada keçiriləcək Suriya danışıqlarında ABŞ da iştirak edəcək
15.01.2017 16:46 Sosreaksiya 1086
Çavuşoğlu: "Astanada keçiriləcək Suriya danışıqlarına ABŞ da iştirak edə bilər"
Türkiyə və Rusiya Astanada keçiriləcək Suriya danışıqlarına ABŞ-ı dəvət etmək niyyətindədirlər.
RİA Novosti-nin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib. “ABŞ Astanadakı danışıqlarda iştirak edəcək. Amerikanın bu prosesdə rolu olduğunu inkar etmirik” — deyə Çavuşoğlu qeyd edib. Onun sözlərinə görə, bu məsələ Moskva ilə diplomatik səviyyədə müzakirə olunub.
Reaksiya. az
Şərhlər