Uşaq sahibi olmaq istəyənlərin nəzərinə - BUNU MÜTLƏQ OXUYUN!

25.07.2015 13:07     Sosreaksiya     2498

 
Doktor Ömər Coşkun uşaq dünyaya gətirməyə qərar verən cütlüklərin 3 ay arı şanı və arı südü istifadə etməsi lazım olduğunu söyləyib.
Doktor Coşkun  bildirib ki,  " Hər bir insan uşaq sahibi olmaq istəyir. Bunun üçün də ilk öncə sağlam bir fərd olmaq lazımdır. Ancaq bu sayədə istənilən hər şey mümkün olar. Kişilərin törəməsi üçün sperma olduqca əhəmiyyətlidir. Günümüzdə bir çox kişi sperma üçün çox zərərli olan şeyləri bilmədən və ya bilərəkdən istifadə edir. Diz üstü kompüterlər, nizamsız qidalanma, alkoqollu içkilər və siqaret istifadəsi və daha bir çox amil kişilərdə olan sperma sayının azalmasına səbəb olur. Məhsuldarlığın azalmasına səbəb olan sperma azalması daha da artarsa  sonrakı illərdə ortaya çox böyük problemlər çıxar. Bu kimi vəziyyətlərdə qalmamaq üçün mütləq müntəzəm yaşamaq lazımdır. Ancaq belə bir vəziyyətdə araşdırmalarda tez-tez təklif edilən tozcuq və arı südü sperma artırmada ilk sırada yer alır" . 
 Doktor Coşkun  cütlüklərin uşaq dünayay gətirməyə qərar verdikdən etibarən 3 ay ərzində arı şanı və arı südü sərf etməsi lazım olduğuna diqqət çəkərək, söyləyib: "Çünki yumurta keyfiyyəti 3 ayda normal hala gəlir. 3 ay arı şanı  istifadə edən ata və ana namizədlər sağlam uşaqlara sahib olur. Hüceyrələrin artması məhsuldarlığı artırdığı kimi, eyni zamanda daha sağlam fərdlər əmələ gəlməsi baxımından da olduqca təsirlidır. Uşaq sahibi olma nöqtəsində problem yaşayan  kişilər tibbdən əlavə təklif edilən alternativ məhsullar sayəsində özlərini təbii üsullarla müalicə edə bilərlər. arı şanı və arı südü çox faydalı olan arı məhsulları arasında yer alır. Müəyyən elementlərin bir araya gəlməsi ilə yaranan bu məhsullar tamamilə təbii və zəngin məzmuna malikdır. Təbiətin sizə bəxş etdiyi lazım olan vitamin, mineral, hormon, zülal və daha çox elementlərlə zəngin olan bu məhsulları rahatlıqla seçim edə bilərsiniz. Sağlamlığınız və daha çox sperma istehsalı üçün istifadə oluna bu məhsullar dünyada keçirilən bir çox araşdırmadan müsbət nəticələr alaraq təsirini qismən təsdiq edib".

Şərhlər

Çox oxunanlar