Zakir Həsənov komandanı ehtiyata göndərdi
25.01.2017 17:08 Sosreaksiya 1104
Hərbi Dəniz Qüvvələrinin komandanı 57 yaşlı Hicran Rüstəmzadə müdafiə naziri Zakir Həsənovun müvafiq əmri ilə ehtiyata buraxılıb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı məlumat verib. Nazirlik rəsmisi bildirib ki, polkovnik və ona bərabər hərbi rütbədə olan zabitlər üçün həqiqi hərbi xidmətdə olmağının son yaş həddi qanunvericiliklə 53 yaş müəyyən edilib.
Qeyd edilib ki, Hicran Rüstəmzadə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılıb.
Reaksiya. az
Şərhlər