DYP: "Qarlı havaya görə yollarda yaranan problemlər aradan qaldırılıb"

28.01.2017 13:04     Sosreaksiya     1043

"Azərbaycanda müşahidə olunan qarlı, şaxtalı hava şəraiti ilə əlaqədar bəzi bölgələrdəki yollarda müəyyən problemlər yaransa da, onlar aradan qaldırılıb və avtomobillərin hərəkətində məhdudiyyətlər yoxdur".

“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. 
 
Onun sözlərinə görə, ən çox Xaçmaz, Quba rayonları ərazisində yollarda qar və buz var: "Amma görülən tədbirlər nəticəsində, qumlar səpiləndən sonra yollarda avtomobillər hərəkət edir”.
 
Şöbə rəisi qeyd edib ki, ümumən ölkə üzrə yollarda hərəkət normaldır, heç bir ciddi problem yoxdur: "Amma dağ və dağətəyi bölgələrdə havaların qarlı, şaxtalı olması səbəbindən yollar buz bağlayıb. Sürücülər diqqətli olsunlar, belə havalarda nəqliyyat vasitələrini idarə etmək təcrübəsi olmayan şəxslərə tövsiyə olunur ki, həmin ərazilərdə ümumiyyətlə nəqliyyat vasitəsindən istifadə etməsinlər”.
Reaksiya. az

Şərhlər

Çox oxunanlar