Tbilisidə “Hidroenergetika: Xəzər hövzəsi və Mərkəzi Asiya” adlı beynəlxalq konqres və sərgi keçiriləcək

28.01.2017 15:15     Sosreaksiya     1078

Fevralın 15-16-da Tbilisidə “Hidroenergetika: Xəzər hövzəsi və Mərkəzi Asiya” adlı beynəlxalq konqres və sərgi keçiriləcək.

Gürcüstanın Energetika Nazirliyindən “Report”un Gürcüstan bürosuna bildiriblər ki, tədbirdə Xəzəryanı və Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin iştirakı nəzərdə tutulub. Konqres çərçivəsində energetika nazirlərinin görüşü də keçiriləcək. Bu görüşlərdə energetika sahəsində beynəlxalq əməkdaşlıq və Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrində investisiya layihələrinin effektiv həyata keçirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Konqresdə Gürcüstan, Rusiya, Azərbaycan, Türkiyə, Tacikistan, Qırğızıstan, Ermənistan və İranda iri və orta həcmli su elektrik stansiyalarının tikintisi və modernləşdirilməsi ilə bağlı 40-a yaxın layihənin təqdimatı da keçiriləcək.

Reaksiya. az

Şərhlər

Çox oxunanlar