Obama ölən yazıçı haqda tvit yazdı: “Mənə çox şey öyrətdi” - FOTOLAR

25.07.2015 14:16     Sosreaksiya     1394

Xəbər verildiyi kimi, ABŞ-ın görkəmli yazıçılarından biri E.L.Doktorov vəfat edib.

Reaksiya.az xəbər verir ki, ABŞ prezidenti Barak Obama twitter səhifəsində yazıçının ölümü ilə əlaqədar açıqlama yayıb.

O deyib: “ E.L.Doktorov ölkəmizin ən böyük və tanınmış yazarlarından biri idi, yazıçının romanları mənə çox şey öyrətdi”.

Dünya şöhrətli yazıçının “Caz dönəmi” (“Ragtime”), “Ürperti” (“The Waterworks”), “Danielin kitabı” (“The book of Daniel”) və s. əsərləri dünyanın bir çox dilləri ilə yanaşı, türk dilinə də tərcümə olunub.

Qeyd edək ki, E.L.Doktorov dünya ədəbiyyatının ən ali mükafatlarından olan Faulkner mükafatına və ABŞ ədəbiyyatı mükafatına layiq görülüb.

Şərhlər

Çox oxunanlar