Hərbi qulluqçunun ölüm səbəbi araşdırılır

30.01.2017 13:21     Sosreaksiya     1098

Reaksiya. az Müdafiə Nazirliyinin saytına istinadən  xəbər verir ki, yanvarın 29-da sosial şəbəkələrdə və bəzi yerli elektron informasiya resurslarında Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Müdafiə nazirliyiin məlumatında bildirilir ki, hərbi qulluqçu qeyri-döyüş şəraitində, özünəqəsd nəticəsində həlak olub. İlkin araşdırmalar göstərdi ki, intiharın xidməti fəaliyyətlə əlaqəsi aşkar edilməyib. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.
Eyni zamanda sosial şəbəkə istifadəçilərinə və elektron kütləvi informasiya vasitələrinə  Silahlı Qüvvələrin fəaliyyəti, xüsusilə cəbhə bölgəsində baş verən hadisələrlə bağlı dəqiqləşdirilməmiş, qeyri-rəsmi məlumatları yaymamaları barədə növbəti dəfə xəbərdarlıq edilir.

Reaksiya.  az

Şərhlər

Çox oxunanlar