Mardində 21 PKK-lı tutuldu

25.07.2015 14:34     Sosreaksiya     1384

Türkiyənin Mardin şəhərində PKK əməliyyatında 21 nəfər saxlanılıb.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı “Türkiye” qəzeti yayıb.

Məlumata görə, əməliyyatda çox sayda tapança və təşkilata aid sənədlər ələ keçirilib.

Nəzarətə alınan şübhəlilər səhiyyə nəzarətindən keçirildikdən sonra polisə aparılıb.

Kocaeli Rayon Polis İdarəsinin Terrorla Mübarizə İdarəsinin əməkdaşları isə səhərin erkən saatlarında İŞİD yaraqlılarına qarşı əməliyyata başlayıb.

Karamürsəl rayonunda həyata keçirilən əməliyyatda öncədən təyin olunan ünvanlara basqın edilib. İŞİD üzvü iddia edilən 7 nəfər saxlanılıb.

Nəzarətə alınan şəxslərin polisdəki sorğuları davam edir.

Siirtdə PKK-nın gənclər təşkilatına qarşı edilən basqında Vətənpərvər İnqilabçı Gənclər Hərəkatının (YDG-H) 5 üzvü saxlanılıb.

Hakkarinin Yüksekova rayonunda keçirilən əməliyyatda 2 nəfər saxlanılıb. Əməliyyat çərçivəsində “YDG-H”nin 2 üzvü tutulub.

Şərhlər

Çox oxunanlar