QHT sədrinə ağır itki üz verib
01.02.2017 15:53 Sosreaksiya 1248
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, MQF İdarə Heyətinin üzvü, Əfqanıstan veteranı, I qrup Qarabağ müharibəsi əlili, Azərbaycan Bayrağı ordenli ehtiyatda olan polkovnik Mehti Mehdiyevə ağır itki üz verib.
Reaksiya.az, "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İB və "İşğala, Terrora Qarşı Beynəlxalq Forum" üzvləri Mehdi müəllimin atası İmdad Mehdiyevin vəfatına görə ona dərin hüznlə başsağlığı verir və kədərini bölüşürlər. Allah rəhmət eləsin!
Yas mərasimi fevralın 4-də Maştağa qəsəbəsində yerləşən Cümə mərasim zalında keçiriləcək.
Şərhlər