Daxili Qoşunların Ali Hərbi Məktəbinə ərizə qəbulunun vaxtı açıqlanıb
02.02.2017 18:21 Sosreaksiya 1369
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə ərizə və sənədlərin qəbulu 2017-ci il martın 1-dən aprelin 10-dək həyata keçiriləcək. Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə DİM-in internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul üçün namizədlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti), təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestatın əsli və notarial qaydada təsdiq olunmuş surəti), yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün sağlamlıq haqqında arayış və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti), oxuduğu təhsil müəssisəsi tərəfindən Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün verilmiş xasiyyətnamə və 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkili (papaqsız, rəngli, donuq kağızda) şəxsən təqdim etməlidirlər.
Şərhlər