Dünyanın ən bahalı İphone telefonları

04.02.2017 15:20     Sosreaksiya     2878

İphone telefonları qiymətli daş-qaşlarla bəzədilərək xəzinə dəyərində yüksək qiymətlərlə dünyada satılmaqdadır. Musavat.com xarixi mətbuatda yazılanlara istinadən xəbər verir ki, xüsusi dizayn edilmiş daş-qaşlı iphone telefonlarını almaq üçün zəngin istehlakçılar milyon dollarlar xərcləməkdən çəkinmirlər.

Texnologiya aludəçiləri hər yeni çıxan texnologiya məhsuluna yiyələnmək üçün demək olar ki, bir-birləri ilə yarışırlar. Zəngin və lüks həyat tərzində yaşayan texnologiya aludəçilərinin buna milyonlar xərclədiyini desək yanılmarıq.  Bundan ilhamlanan dizaynerlər də ən bahalısını etmək və  ən əla dizayn iddiası ilə yarışırlar. 
 
Bəs zənginlərin diqqətini çəkən və milyonlar xərclədən Iphone telefonları kimlər və necə hazırlayıb?
 
Dəyəri 15 milyon dollar olan xüsusi dizayn edilmiş İphone 5 
 
Qızıldan olan və qara almazla bəzədilən bu telefon da çox baha qiymətə satılıb. Satış dəyəri 15 milyon dollardır. Belə ki, üzəri 600 ağ almaz, 53 normal almaz, qızıl alma loqolu bir çərçivə ilə kəsilən 26 qara almaz və hər tərəfi qızıl olan örtükdəndir. Məhz 26 qara almazın işlədilməsi telefonun 15 milyon dollar dəyərində olmasına səbəb olub. 
 
İphone 3G ‘Kings Button’ - 2.517.345 dollar
 
Avstraliyalı zərgər Peter Aloyson (Peter Aloisson) 2009-cu ildə İphone telefonunu qızıl və almaz qaşlarla bəzəyib. Telefonun düyməsinin də almazla bəzədilməsi dəyərini artırıb. Satış dəyəri 2.517.345 dollar olan bu dizayn da ən bahalı telefonlar sırasında yer alıb. 
 
Deluxe Elmas iPhone 7  - 1.3 milyon dollar
 
Bu telefonlar “Brikk” markalı xüsusi modern üslubda dizayn ediliblər. Bu örtüklərin dizaynında da qızıl və almaz qaşlardan istifadə edilib. Satış dəyəri 1.3 milyon dollardır. 
 
Almaz qaşlarla bəzədilmiş qızıl örtüklü İphone - 1 milyon dollar
 
Londonda yerləşən "Alchemist" adlı lüks butikdə dizayn edilən bu telefon 2014-cü ildə 1 milyon dollara satılıb. Telefonun xüsusiyyəti onu qızıldan və almaz qaşlarla bəzənmiş olmasıdır. 
 
iPhone Princess Plus – 176.400 dollar
 
Bu telefon 2008-ci ildə Avstraliyalı zərgər Peter Aloyson  (Peter Aloisson) tərəfindən dizayn edilib. Kənarları almaz qaşlarla bəzədilib. Bu telefonlar 176.400 dollardan satılıb
 
Dinozavr şəkilli İphone 4 - 63000 dollar
 
Bu telefonlar Stüart Hagis (Stuart Hughes) tərəfindən dizayn edilib.  Tarixin ən böyük dinozavrını özündə əks etdirən bu özəl telefonun kənarları qızıl və brilyant qaşlarla bəzədilib. 63.000 dollara satılıb. 
 
Calypso Diamond İphone 6S – 30.000 dollar
 
Givori markası tərəfindən təkrar dizayn edilən bu iPhonelər  1000  ədəd almazla işlənib. Satış dəyəri 30.000 dollardır. 
 
İphone Vladimir Putin Seriyası - 4340 dollar
 
Yenə başqa bir Cavier imzalı İphone dizaynı. Üzərində Putinin şəklini əks etdirən qızıl örtük ilk dəfə İphone 5S modelinin dizaynında istifadə edildi. 4340 dollardan satılıb.
 
İphone Pokemon Go Seriyası - 2700 dollar
 
Rus zinət markası Caviar tərəfindən dizayn edilən bu telefonlar Nintendonun məşhur kompyuter oyunu Pokemon Go əsasında bəzədilib. Bu İphone  telefonları alıcıların çox böyük marağına səbəb olub və 2700 dollara satılıb. 
Reaksiya. az

Şərhlər

Çox oxunanlar