Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir

13.02.2017 18:14     Sosreaksiya     1093

"Reaksiya.az" xəbər verir ki,  13 fevral 2017-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü qeyd olunmuşdur. Bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət etmişlər.

Daha sonra Xidmətin Aparatının inzibati binasında tədbir keçirilmişdir. Tədbir iştirakçıları respublikamızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş vətəndaşlarımızın xatirəsini bir dəqiqələk sükutla yad etmişlər. Tədbir Dövlət Himninin ifası ilə başlanılmış, Xidmətin 5 illik fəaliyyətini əks etdirən slayd şou nümayiş etdirilmişdir.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlətin Xidmətinin şəxsi heyəti, “Ehtiyatda olan Zabitlər Konfederasiyası” İctimai Birliyinin sədri ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev, Azərbaycanın Milli Qəhrəmanı Vahid Quliyev, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev,  “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Fizuli Rzaquliyev, Azərbaycan Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri Şahin Musaoğlu, Ordunun Dostları Mətbuat Klubunun icraçı direktoru Seyfəddin Hüseynli, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı,  “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı iştirak etmişlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov tədbirdə Xidmətin fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etmişdir. General-leytenant A.Rəhimov qeyd etmişdir ki, Xidmət tərəfindən 5 illik fəaliyyət dövründə qarşıya qoyulmuş vəzifələr müvəffəqiyyətlə yerinə yetirilmiş, ötən müddət ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf yolu keçmiş, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini vermişdir. General-leytenant A.Rəhimov diqqətə çatdırmışdır ki, Ölkə Başçısının müəyyən etdiyi dövlət siyasətinin tələb olunan səviyyədə icrasını təmin etmək məqsədilə 5 il ərzində Xidmət tərəfindən əsaslı tədbirlər görülmüş, səfərbərlik hazırlığı və çağırış işinin təşkili, Silahlı Qüvvələrin çağırışçılarla komplektləşdirilməsi, vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi, hərbi xidmətə çağırışaqədərki hazırlığı istiqamətində əhəmiyyətli nəticələr əldə edilmişdir.

Tədbirdə çıxış edən qonaqlar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından keçən 5 il ərzində böyük nailiyyətlər qazanıldığını  və qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirildiyini qeyd etmişlər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində orta məktəblərin yuxarı sinif şagirdləri arasında “Sabahın əsgəri” yazı müsabiqəsi, “ASAN xidmət” mərkəzləri arasında “Vətənin müdafiəsinə hazıram!” adlı atıcılıq turniri təşkil edilmiş, Xidmətin zabitləri və QHT rəhbərlərindən ibarət nümayəndə heyəti İkinci Dünya Müharibəsi veteranı istefada olan general-polkovnik Tofiq Ağahüseynova, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri istefada olan general-mayor Dadaş Rzayevə, İkinci Dünya Müharibəsi veteranı istefada olan polkovnik Əbdülağa Cavadova yaşadığı ünvanda baş çəkərək diplom və qiymətli hədiyyələr təqdim etmişlər. 

Tədbirin sonunda dəvət olunmuş qonaqlar və xidmətdə fərqlənən əməkdaşlar təltif edilmişlər.

Nicat Adil

Reaksiya.az

Şərhlər

Çox oxunanlar