Əfv Komissiyasının növbəti iclası keçirilib
17.02.2017 19:10 Sosreaksiya 1143
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Bu barədə Komissiyanın üzvü Rəşad Məcid məlumat verib. Komissiya üzvü deyib ki, görüşdə 100-ə qədər müraciətə baxılıb: “Müraciətlərin təqribən yarısına müsbət rəy verilib”.
R.Məcid qeyd edib ki, növbəti iclas gələn həftə keçiriləcək.
Qeyd edək ki, ümumilikdə komissiyaya 800-dən artıq müraciət daxil olub.
Şərhlər