Suriya qədər Azərbaycana da diqqət ayrılmalıdır.

18.02.2017 21:05     Sosreaksiya     1412

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində keçirilən “ Savaş Mağduru Əngəlliləri” adlı beynəlxalq zirvə toplantısında iştirak edən “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Rada Abbas çıxış edərək, diqqəti Azərbaycan dövlətinin erməni təcavüzündən əziyyət çəkən əhalisinə yönəldib. O qeyd edib ki, Azərbaycan əhalisinin səkkiz nəfərindən biri erməni təcavüzündən əziyyət çəkir.

“Hal- hazırda dünya ictimaiyyəti Suriyadakı vəziyyətlə maraqlanır. Halbuki illərdir Azərbaycan öz səsini dünyaya çatdırmağa çalışır.”

Rada Abbas görüş iştirakçılarını Suriyalı qaçqınlar, zərərçəkənlər qədər, Azərbaycan əhalisinə də diqqət ayırmağa çağırıb. O, suriyalı qaçqınların Dağlıq Qarabağda yerləşdirilməsindən, Ermənistan dövlətinin Dağlıq Qarabağa “dövlət” statusu verməyə çalışmasından danışaraq dünya ictimaiyyətinin Azərbaycan xalqının çəkdiyi əziyyətə nə zaman diqqət ayıracağını sorğulayıb.

Qeyd edək ki, bu çıxış proqramdan kənar çıxışdır. Rada Abbasın çıxışı sabaha planlaşdırılmışdı.

QHT sədrinin çıxışı salonda alqışlarla qarşılanıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar