İqdırda ağır qəza: ölən və yaralananlar arasında azərbaycanlılar da var

20.02.2017 14:29     Sosreaksiya     1456

Hikmət Hacıyev İqdır-Naxçıvan yolunda baş verən qəzada yaralananlar arasında 26 Azərbaycan vətəndaşı olduğunu bildirib. O, qəzada ümumilikdə 8 nəfərin öldüyünü qeyd edib.

Bu gün səhər saatlarında Türkiyə və Naxçıvan arasındakı Dilucu sərhəd-keçid məntəqəsi yaxınlığında, İqdır-Naxçıvan yolunda ağır yol qəzası baş verib. Reaksiya.az-ın məlumatına görə, qəza nəticəsində 8 nəfər ölüb, onlarla adam yaralanıb. 

lkin məlumata görə, qəza dumanlı hava şəraitində baş verib. Hazırda hadisə yerində xilasetmə əməliyyatları davam etdirilir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev  baş verən qəzada yaralananlar arasında 26 Azərbaycan vətəndaşının olduğunu bildirib. O, qəzada ümumilikdə 8 nəfərin öldüyünü və onların arasında azərbaycanlıların da olduğunu da qeyd edib: "Hazırda ölənlərdən neçəsinin Azərbaycan vətəndaşı olduğunu müəyyən etməyə çalışırıq. Məlumatlar Türkiyə tərəfi ilə dəqiqləşdirilir. Azərbaycanın Qarsdakı baş konsulu bu işlə şəxsən məşğul olur və o, hazırda xəstəxanadadır. Konsulluğun əməkdaşları Türkiyənin müvafiq orqanları ilə əlaqəli şəkildə yaralılara dəstək və yardım göstərirlər".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar