Politoloq: “Birinci vitse-prezident təyinatı vaxtında verilmiş qərardır”
23.02.2017 12:31 Sosreaksiya 1100
Tofiq Abbasov: “Azərbaycanda hələ çox görüləsi işlər var”
Tofiq Abbasov: “Prezidentin komandasına yeni bacarıqlı adamların gəlməsi çox vacibdir”
Fevralın 21-də Prezident İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib.
Politoloq Tofiq Abbasov deyir ki, bu, islahatlar kontekstində çox vacib bir təyinatdır: “Çünki Mehriban Əliyeva bütün ötən illər ərzində deputat olaraq Azərbaycanın siyasi, ictimai-sosial və hətta iqtisadi həyatında çox böyük işlər görüb. Onun reytinqi kifayət qədər yüksəkdir, çünki onun deputat və Heydər Əliyev Fondunun prezidenti kimi diqqət göstərib həyata keçirdiyi işlər öz aktuallığı və vacibliyi ilə seçilir. Onların hamısı gerçəkləşdikdən sonra Azərbaycana böyük səmərə gətiriblər”. “Mehriban xanımın təşəbbüs göstərdiyi bütün plan və proqramlar hamısı mərhələli formada öz təstiqini tapıb və başa çatıb, onların bir çoxu isə hələ işlənməkdədir. Azərbaycanda çox işlər görülüb, lakin irəlidə hələ çox görüləsi işlər var. Onların icrası və vaxtında həyata keçirilməsi dövlət idarəçiliyi ilə bağlı böyük diqqət, novatorluq və menecerlik tələb edir. Bu baxımdan Mehriban Əliyeva çox uğurlu bir kadrdır” — deyə o bildirib.
Reaksiya.az
Şərhlər