Türk qırıcıları yenidən İraqda PKK-nı bombaladı - VİDEO
27.07.2015 00:34 Sosreaksiya 1262

Türk Silahları Qüvvələri Şimali İraqdakı PKK hədəflərinə qarşı dördüncü hava əməliyyatına başlayıb.
Reaksiya.az xəbər verir ki, ötən gün terror təşkilatları İŞİD-lə PKK düşərgələrinə edilən hava hücumlarının ardından bu gün Bakı vaxtı ilə axşam saat 22.30 radələrində 3 ədəd F-16 döyüş təyyarəsi Diyarbəkir 8-ci Anajet Bazasından havaya qalxıb.
Şimali İraqdakı PKK hədəflərini vuran təyyarələr saat 23.55 radələrində bazaya geri qayıdıb.
Bu əməliyyatın əvvəlkilərə nisbətən "kiçik miqyaslı" və "dəqiq" olduğu ifadə edilib. Təyyarələrin PKK-nın Hakurk düşərgəsini hədəf aldığı bildirilir.
Türkiyə qırıcıları şənbə günü İŞİD-ə avia zərbələr endirdikdən sonra PKK-ya qarşı da əməliyyat keçirmişdi. 50-yə yaxın təyyarənin iştirak etdiyi əməliyyatda Şimali İraqdakı 400 hədəf vurulmuşdu.
Şərhlər