BİRA cəbhə xəbərləri ilə bağlı ictimaiyyətə müraciət etdi.

25.02.2017 23:13     Sosreaksiya     1695

 

Reaksiya.az xəbər verir ki, “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin sədri Zaur Qəriboğlu ictimaiyyətə müraciət edib.

O bildirib ki, hər hansı bir rəsmi açıqlama olmadan ordu ilə bağlı məlumatları, xüsusilə erməni saytlarının və sosial şəbəkə istifadəçilərinin tirajladığı dezinformasiyaları yaymaqla əhali arasında ajataj yaradırlar.

“Sosial şəbəkələrdə və özlərinin media orqanlarında ermənilər cəbhədə geriləməklərini həzm etməyərək, dezinformasiyalar yayaraq, informasiya savaşında bizi üstələməyə çalışırlar.

Belə ki, bilərək, ya bilməyərəkdən, belə bir vaxtda, düşmənin məqsədli şəkildə yaydığı məlumatları tirajlamaqla, onların informasiya üzərindən qələbəsinə dəstək vermiş oluruq.

Biz sosial şəbəkə istifadəçilərinə, media qurumlarına – həmkarlarımıza müraciət edərək, xahiş edirik ki, Azərbaycan dövləti tərəfindən təsdiqini tapmayan məlumatları tirajlamasınlar.

Həmçinin, sosial şəbəkələrdə ordumuzun əleyhinə yazanlar da dolayısı ilə düşmən dəyirmanına su tökmüş olurlar.

Nəzərə almaq lazımdır ki, döyüşdə öldürməklə yanaşı, ölmək də var. Bu ordunun gücünü zəiflətməz. Düşünürəm, biz hər birimiz – istər ictimaiyyət nümayəndələri, istərsə də sadə vətəndaşlarımız ordumuzun yanında olmalı, dəstək verməliyik”.

Sonda BİRA sədri qeyd edib ki, informasiya ilə çalışan təşkilat kimi biz mütəmadi olaraq Müdafiə Nazirliyi ilə əlaqədəyik. Dəqiq məlumat almaq istəyənlər, səbrlə Müdafiə Nazirliyinin (mod.gov.az) rəsmi saytını izləyərək, prosseslərdən xəbərdar ola bilərlər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar