Müharibə veteranı qadınları orduya qayıtmaq üçün müraciət etdi.

26.02.2017 16:03     Sosreaksiya     1479

Reaksiya.az xəbər verir ki, "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" Ictimai Birliyinin sədri Rada Abbas özünün facebook səhifəsində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Müdafiə Naziri general-polkovnik Zakir Həsənova ictimai birlik adından məktub ünvanladığını qeyd edib.
 
Məktubda hal-hazırda cəbhə xəttindəki gərginlikdən narahat olduqlarını, müharibə veterani qadınlarının hər zaman ordumuzun xidmətində durmağa hazır olduqlarını bildirib.
 
Birinci Qarabağ müharibəsində topladıqları təcrübədən bu gün də istifadə oluna biləcəyinə diqqət çəkərək, Ali Baş Komandandan onları hərbi xidmətə çağırmağı rica edib . 
 
Rada Abbas:"Vətənin əsgəri olmaq şərəfdir." deye məktubda qeyd edib.
 
 

 

 
 

 

Şərhlər

Çox oxunanlar