Sumqayıt hadisələri
27.02.2017 08:48 Sosreaksiya 1412
Eduard Qriqoryanın başçılıq etdiyi basqın və iğtişaşlarda, rəsmi məlumatlara görə, 32 nəfər öldürülmüşdü
1988-ci il fevralın 27-də Sumqayıtda erməni ekstremistlərin təşkilatçılığı və bir qrup kriminal elementin iştirakı ilə kütləvi təxribat — erməni əhalinin evlərinə basqınlar həyata keçirilib.
Eduard Qriqoryanın başçılıq etdiyi basqın və iğtişaşlarda, rəsmi məlumatlara görə, 32 nəfər öldürülmüşdü. Onların bir neçəsini Qriqoryan özü qətlə yetirmişdi. Lakın məhkəmə Qriqoryana 12 il iş verdi və o, SSRİ dağılandan sonra azadlığa çıxdı. Dəstənin azərbaycanlı üzvlərindən bir nəfərə (Əhməd Əhmədov) ölüm hökmü kəsildi. Mərkəzdən göndərilən istintaq qrupu hadisənin mahiyyətini ört-basdır etdi. "Sumqayıt hadisəsi" dünyaya "azərbaycanlıların vandalizmi" kimi tanıdıldı. Bu təxribatdan sonra ermənilər azərbaycanlılarla bir yerdə yaşamağın qeyri-mümkün olduğunu bəyan etməyə və Qarabağdakı separatçılığa haqq qazandırmağa başladılar.
Reaksiya.az
Şərhlər