Türkiyədə dəmir yolunda terror aktı törədilib, 10 vaqon relsdən çıxıb-

27.02.2017 15:53     Sosreaksiya     1541

Batman-Diyarbakır istiqamətində hərəkət edən yük qatarının keçdiyi yolda törədilən partlayış nəticəsində 10 vaqon relsdən çıxıb.

“Report” "Sabah"a istinadən xəbər verir ki, 

Türkiyənin Diyarbakır əyalətinin Sur rayonunun Çarıklı bələdiyyəsinin Karpuzlu kəndində partlayış olub.

 Hadisə kənddən keçən dəmiryol xəttində baş verib.

Partlayış yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib.

Partlayış nəticəsində ölən və yaralanan olmayıb.

Məlumata görə, partlayış əldəqayırma partlayıcı ilə törədilib.

 

Hadisə barədə əlavə məlumat yayılmayıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar