BMT-nin baş katibi Dağlıq Qarabağ üzrə danışıqları bərpa etməyə çağırıb

28.02.2017 11:44     Sosreaksiya     1303

Antoniu Quterreş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun gərginliyin azaldılması, eskalasiyanın qarşısının alınmasına yönələn səylərini birmənalı olaraq dəstəkləyir

BMT-nin baş katibi Antoniu Quterreş Dağlıq Qarabağda vəziyyətin gərginləşməsindən narahatdır.
Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib. "Baş katib tərəfləri atəşkəs rejiminə əməl etməyə və tezliklə danışıqları bərpa etməyə çağırır” — Düjarrik qeyd edib. O həmçinin vurğulayıb ki, Antoniu Quterreş Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun gərginliyin azaldılması, eskalasiyanın qarşısının alınmasına yönələn səylərini birmənalı olaraq dəstəkləyir. 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar