Xocalı soyqırımına abidə qoyan Karabağlar bələdiyyəsi Azərbaycan bələdiyyələri ilə qardaşlaşacaq. - FOTOLAR
28.02.2017 12:10 Sosreaksiya 1414
Azərbaycan Diaspor Komitəsinin sədr müavini Valeh Hacıyev, Baş Konsul Məsim Hacıyev, millət vəkilləri Q. Paşayeva və Aydın Hüseynov İzmirdə Karabağlar bələdiyyə başkanı Muhittin Selvitopu ziyarət edib, Xocalı soyqırımına abidəsinin açılışına görə ona və İzmirdə fəaliyyət göstərən Azərbaycan və Dost Fedarasyonlar başkanı İsa Ambarcıya təşəkkürlərini bildiriblər. İzmirdə fəaliyyət göstərən bir sıra dərnək və cəmiyyətlərin başkanları İsa Ambarcı, Mülazzım Paşa, Gürsel Toksöz, Asif Kurban, İzmirdə yaşayan azərbaycanlılar, jurnalistlərin, İSTAD başqanı Səfər Karakoyunlu, Xocalıdan olan Aqil Məmmədovun qatıldığı görüş zamanı ölkəmizin tarixi, mədəniyyəti, Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı geniş məlumatlar verilib, müzakirələr olub.
Azərbaycanı çox sevdiyini deyən Karabağlar bələdiyyə başkanı Muhittin Selvitopla görüş zamanı Azərbaycan heyəti Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişafı istiqamətində, özəlliklə gənc nəsillərimizə ortaq tarix, mədəniyyətimizin öyrədilməsinin vacibliyi ilə bağlı da geniş müzakirələr aparıblar.
Millət vəkilləri Q.Paşayeva və Aydın Hüseynov görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, Qarabağlar bələdiyyəsinin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istəyirik deyib.
Karabağlar bələdiyyə başkanı Muhittin Selvitopu Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq bələdiyyəyə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını bildirib.
Bələdiyyə başqanına Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabı hədiyyə edilib. Qarabağlar bələdiyyə başçısına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar təqdim edən Azərbaycan nümayəndə heyəti bələdiyyə başqanını Azərbaycana dəvət ediblər. Azərbaycanı çox sevdiyini deyən Karabağlar bələdiyyə başkanı Muhittin Selvitopu Azərbaycana mütləq səfər edəcəyini bildirib.
Şərhlər