ŞƏKİDƏ SHXÇDX rəsmisi və keçmiş döyüşçülər şəhidin yasında oldu - FOTOLAR

01.03.2017 15:03     Sosreaksiya     1738

Bu gün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə hərbçilərin, bir qrup keçmiş döyüşçülərin və ictimai birlik rəhbərlərinin fevralın 25-də şəhid olmuş hərbi qulluqçu Abdullayev Aqşin İsmayıl oğlunun doğulduğu Kiş kəndinə səfəri təşkil edilib. Səfərdən məqsəd şəhid Aqşin Abdullayevin yas mərasimində iştirak edərək ailə üzvləri ilə görüşmək, başsağlığı vermək və şəhidin məzarını ziyarət etməkdir. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə rəisi, polkovnil Rasim Şirinov, Silahlı Qüvvələrə Nəzarət İB nin sədri Emin Həsənli, Azərbaycanın ilk hətbi diktoru, vətənpərvərlik mahılarının sevilən ifaçısı Şəmistan Əlizamanlı, Əfqanıstan Veteranları İB sədr Məhəmməd Əliyev, Dünya Azərbaycanlılarınnın Vətənpərvırləri İB sədri Nəsimi Qarabağlı, Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov, Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu, Şəki rayon icra başçsıının müavini, polis rəisi, Şəki şəhər prokuroru və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin rəisi iştirak edirlər. Silahlı Qüvvələrə Nəzarət İB nin sədri Emin Həsənli çıxış edərək bu gün hərbçilərin və keçmiş döyüşçülərin ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ərtrafında sıx birləşdiklərini, Qarabağın işğaldan azad ediləcəyi günün uzaqda olmadığını bildirib. Bundan sonra Emin Həsənli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbəri, general Arzu Rəhimov adından şəhidin atasına başsağlığı verib. Azərbaycanın ilk hətbi diktoru, vətənpərvərlik mahılarının mahir ifaçısı Şəmistan Əlizamanlı da çıxış edərək Vətənə olan sevgidən danışıb. “Biz öz vətənimizi sevirik, biz o torpaqlarımızı qaytarmalıyıq və qaytaracağıq da. Çünki o torpaqlar bizim şərəfimiz, namusumuzdur. Aqşin tək bir ailənin övladı deyil, bütün xalqımızın övladıdır. Şəhidə Allahdan rəhmət diləyirik və şəhidin ailəsinə başsağlığı verirəm”. Şəki icra hakimiyyəti başçısının müavini Həsən Həsənov da çıxış edərək dövlətin həmişə şəhid ailələrinin yanında olduğunu və bundan sonra da onların yanında olacağını bildirib. “Aqşin Abdullayev öz vətənini, torpağını canından çox sevərək Vətən yolunda şəhid oldu. Dövlət həmişə şəhid ailələrinin qayğıları ilə maraqlanır. Ali Baş komandanımız İlham Əliyev şəxsən şəhid ailələrinin problemləri ilə maraqlanır. Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və gələn digər yoldaşların bu yas mərasimində iştirakı dövlətin şəhidlərinə göstərdiyi münasibətdir. Bütün şəhidlərin əziz ruhu qarşısında baş əyirəm. Allah rəhmət eləsin!”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar