Gənclər Fondunun maliyyələşdirdiyi layihə Azərbaycan Dövlət İqtisad Universitetində baş tutdu - FOTOLAR

01.03.2017 21:35     Sosreaksiya     1272

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi 8-ci qrant müsabiqəsində qalib gəlmiş Qabil Ədalətin “Fizikiməhdudiyyətli gənclərin cəmiyyətə adaptasiya olunması” adı layihəsinin icrası Şamaxıdan sonra Azərbaycan Dövlət İqtisad Universitetində baş tutdu.

QHT.az xəbər verir ki, layihənin məqsədi əlilliyi olan gənclərimizin cəmiyyətə adaptasiyası, onların xüsusi istedada malik olanlarının aşkar edilib üzə çıxarılması. İstedadlarının daha da inkişaf etdirilməsinə yardım, İnsanlıq ,yüksək insani keyfiyyətlərin, mənəvi zənginliyin qorunması, əlilliyi olan gənclərimiz arasında müxtəlif müsabiqələr təşkil edib həyata keçirmək, onlarda həyat sevgisinin daha da artırılması, onların da cəmiyyətin ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırmaq əsas məqsədimizdir. Bu məqsədə çatmaq üçün hər birimiz insanlıq borcumuzu layiqincə yerinə yetirməliyik.

Tədbirə Universitetinin Marketing və kommunikasiya departamentinin PR meneceri Eldəniz Cəfər, UNEC – in Əlilliyi olan tələbələr üçün mərkəzin kordinatoru Sevinc Məhsimova, UNEC –in Menecment fakultəsinin 4 – cü kurs tələsi Orxan Adıgözəl, layihənin eksperti Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas, "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İctimai Birliyinin sədri və "KarabakhToday" saytının rəhbəri Zaur Qəriboğlu, Qarabağ qazisi Aminə Vəliyeva, Reaksiya.az saytının rəhbəri Hidayət Məlikov, “Türk Dünyası” qəzetinin baş redaktoru Aybəniz Qafarlı iştirak edirdi.

Sonda fəal gənclərə, layihənin diplomu verildi vəgənclər üçün yaratdığı bu imkanlara görə, gəncliyin inkişafına,isdedadlı gənclərin yetişməsində əvəzsiz rolu olan, əlilləri diqqətdən kənar qoymayan Azərbaycan Respublikasının Prezindeti Cənab İlham Əliyeva və Azərbaycan Prezindeti Yanında Gənclər Fondunun İcraçı Direktoru Fərhad Əliyeva minnətdarlıq bildirildi.

 

Layihənin icrası davam edir.

Şərhlər

Çox oxunanlar