Şəhid xanımların məzarları ziyarət edildi - FOTOLAR

07.03.2017 18:58     Sosreaksiya     1354

Reaksiya.az xəbər verir ki, bu gün 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə "Şəhid xanımlarımızı unutmadıq" adı altında ziyarət təşkıl olunub. "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İB-nin hər il ənənəvi şəkildə təşkil etdiyi vətən uğrunda canlarından keçən şəhid xanımlarımızın məzarlarını ziyarətə bu ildən "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İB - də təşkilatçı olaraq qoşulub. Ziyarətdə QHT, media nümayəndələri və müharibə veteranları iştirak ediblər. Şəhid xanımlarımızın məzarlarına əklillər qoyub, dualar oxuyublar.

R.Allahverdi

Reaksiya.az

Şərhlər

Çox oxunanlar